14 noyabr 2022, 17:00

Çingiz Təhməzovdan, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizə təşəkkür edirik. Ona görə ki, torpaqlarımızı işğaldan azad etdiniz, bizə Zəfər sevinci yaşatdınız. İndi həmin torpaqlarda bərpa-quruculuq işləri gedir. Qarabağın, Zəngəzurun öz təbiəti ilə yanaşı, infrastrukturuna görə də gələcəkdə ən gözəl yerlərdən olacağına şübhəmiz yoxdur.

Müzəffər Ali Baş Komandan, bu çətin hədəflərə çatdığınız üçün, böyük uğurlara nail olduğunuza görə Sizə bir daha təşəkkür edir, uzun ömür, möhkəm cansağlığı, şərəfli və çətin işinizdə yeni uğurlar arzulayıram. Sizin siyasətinizi hər zaman dəstəkləyirik.

Hörmətlə,

Çingiz Təhməzov

Azərbaycan Respublikası, Cəlilabad şəhəri.