06 sentyabr 2012, 14:45

Məsud Vəliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Azərbaycanımızın vətənpərvər oğlu Ramil Sahib oğlu Səfərov haqqında qəbul etdiyiniz qərardan çox məmnun olduq. Bir daha əmin olduq ki, Siz seçkilər ərəfəsində hər bir azərbaycanlının Prezidenti olacağınız barədə verdiyiniz vədə sadiqsiniz.
Hər bir vətənpərvər azərbaycanlı Sizin qurub-yaratmaq əzminizlə fəxr edir. Bu gün Azərbaycan bütün sahələrdə sürətlə irəliləyir. Bizim düşmənə layiqli cavab verə biləcək güclü ordumuz formalaşmışdır. Bu orduda Ramil Səfərov kimi mərd oğullar xidmət edir. İnanırıq ki, Ali Baş Komandanımızın uğurlu diplomatiyası və qüdrətli ordusu tezliklə torpaqlarımızı düşməndən azad edəcəkdir. Sizə bu müqəddəs amal uğrunda uğurlar arzulayırıq.

“MVF”, “Laçın Ticarət Mərkəzi” və “Sunay Ticarət Mərkəzi” MMC-lərin rəhbərliyi və çoxsaylı işçi kollektivi adından hörmətlə,
Vəliyev Məsud Fərzəli oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.