15 noyabr 2022, 11:20

Zaman Salmanov və başqalarından, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Müstəqil respublikamızda təhsil və yaşayış səviyyəsinin yüksəldilməsi, vətəndaşların səhiyyə sistemindən məmnunluğunun artırılmasına vermiş olduğunuz töhfələrə görə Sizə təşəkkür edirik. Bu uğurlar hər bir azərbaycanlı kimi bizim də ürəyimizi fəxr və qürur hissi ilə doldurur.

Bu gün Azərbaycan səhiyyəsi Sizin sayənizdə surətlə inkişaf etməkdədir. Yeni tibb ocaqlari tikilir, mövcud olanlar əsaslı təmir olunur. Bu da ağ xalatlı həkimlərimizə daha yaxşı işləməyə imkan verir. Bütün bunlar Sizin uğurlu siyasətinizin nəticəsidir.

İstər koronavirus pandemiyası ilə mübarizə vaxtı, istərsə də, 44 günlük Vətən müharibəsi dönəmində səhiyyəmizin inkişafı üçün görülən işlər, yüksək səviyyəli həkimlərin hazırlanması vətəndaşlarımızın sağlamlığına qovuşmasında misilsiz rol oynadı. Hazırda da Vətən müharibəsi qazilərinin sağlamlığı daim diqqət mərkəzində saxlanılır, onların müayinə və müalicəsi üçün yüksək səviyyədə xidmət göstərilir.

Bütün respublikada olduğu kimi, Cəlilabad rayonunun sakinləri də tibb müəssisələrində icbari tibbi sığortanın təqdim etdiyi xidmətlər zərfindən yararlanırlar. Tibb müəssisələrində qurulan şərait, xəstələrin qidalanması və dərman təminatı da yüksək səviyyədədir. Bunlar dövlətimizin hər bir vətəndaşın yanında olduğunu göstərir.

Cənab Prezident, səhiyyənin inkişafı üçün görülən işlərə görə Cəlilabad sakinləri adından Sizə təşəkkür edirik.

Hörmətlə,

Salmanov Zaman

Əhədova Aynurə

Rzayev Famil

Novruzov Fərman

Abbasova Fərqanə və başqaları (46 nəfər)

Azərbaycan Respublikası, Cəlilabad rayonu