06 sentyabr 2012, 14:50
Anar Qəribovdan, Naxçıvan, Azərbaycan
Hörmətli cənab Prezident!
Azərbaycan Ordusunun zabiti Ramil Səfərovu Vətənə qaytardığınız və yenidən azadlığa qovuşdurduğunuz üçün Sizi öz adımdan və xalqımız adından ürəkdən təbrik edirəm. Allah Sizə uzun ömür, cansağlığı versin. Biz Sizin ulu öndərimiz Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Respublikasının inkişafı naminə gördüyünüz möhtəşəm işləri alqışlayırıq. İndi Azərbaycan regionun lider dövlətidir. Ölkəmizin hər yerində gedən böyük quruculuq işləri Naxçıvanda da aydın hiss olunur. Muxtar Respublikamız indi ölkənin sürətlə inkişaf edən bölgələrindən biridir. Allah Sizi qorusun!
Dərin hörmətlə,
Anar Elşən oğlu Qəribov.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri.