06 sentyabr 2012, 14:55

Sənan Hacıyevdən, Gəncə, Azərbaycan

Zati-aliləri, möhtərəm cənab Prezident!

Budapeşt şəhər məhkəməsinin hökmü ilə ömürlük həbs cəzasına məhkum olunmuş zabit Ramil Səfərovun Azərbaycana gətirilməsi və Sizin Sərəncamınızla əfv olunması xalqımızı, o cümlədən Nizami yurdu Gəncəmizin əhalisini, bütün mədəniyyət və incəsənət işçilərini ürəkdən sevindirmişdir. Biz səkkiz ildən çox idi ki, bu sevincin intizarında idik. Bu intizara son qoyduğunuza görə Möhtərəm cənab Prezident, Sizə minnətdarıq. Bu böyük uğur münasibəti ilə Sizi və xalqımızı təbrik edirik. Azərbaycanın qeyrətli oğlu Ramil Səfərovun əfv olunması barədə imzaladığınız Sərəncama görə Sizə dərin təşəkkürümüzü bildiririk. Müstəqil respublikamızın davamlı inkişafı və tərəqqisi işində Sizə daha böyük uğurlar arzulayırıq.

Böyük Qələbəmiz üçün apardığınız mübarizədə Allah köməyiniz olsun!

Dərin hörmətlə,

Hacıyev Sənan Zahid oğlu,
Mədəniyyət və Turizm İdarəsinin rəisi.

Azərbaycan Respublikası, Gəncə şəhəri.