17 noyabr 2022, 15:00
Şəhriyar Ağazadədən, Samux, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin qətiyyətli və cəsarətli addımlarınızın, müdrik siyasətinizin, düzgün strategiyanızın nəticəsi olaraq, Azərbaycan saysız-hesabsız uğurlar, qələbələr əldə edir, daim inkişafdadır və hədəflərinə doğru inamla irəliləyir.
Həm daxili, həm də xarici məsələlərlə əlaqədar qəbul etdiyiniz qərarlar xalq tərəfindən təqdirəlayiq qarşılanır. Ən əsas məsələlərdən biri də odur ki, Azərbaycanda xalqla iqtidar arasında qarşılıqlı inam və möhkəm birlik mövcuddur.
Cənab Prezident, hər zaman Sizin yanınızdayıq və Sizin dəstəkçinizik. Azərbaycanın Sizinlə daim tərəqqidə olacağına tam qəlbimizlə inanırıq.
Hörmətlə,
Ağazadə Şəhriyar Hafiz oğlu
Azərbaycan Respublikası, Samux şəhəri.