06 sentyabr 2012, 15:10
Nizami Cəbrayılovdan, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident!
Son illər Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan məqsədyönlü daxili və xarici siyasət öz bəhrəsini verir. Ölkəmizin dünyada öncül yer tutan iqtisadi inkişafı, daxili sabitliyi göz qabağındadır. Bu günlərdə Sizin dəstəyinizlə Azərbaycan zabiti Ramil Səfərovun həbsdən azad olunaraq əfv edilməsini xarici siyasətdə qazandığınız uğurların təntənəsi hesab edir, Sizə minnətdarlığımızı bildiririk. Ölkəmizin inkişafı, tərəqqisi yolunda apardığınız siyasəti müdafiə edir və bu işdə cənab prezident, Sizə uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Cəbrayılov Nizami,
27 №-li tam orta məktəbin tarix müəllimi.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.