22 noyabr 2022, 13:35
Akif Qasımovdan, Abşeron, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin rəhbərliyiniz altında respublikamızda bütün sahələrdə uğurlu tədbirlər həyata keçirilir. Daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə istiqamətində görülən işlər, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı atılan addımlar və baş verən digər qanunsuz əməllərin operativ şəkildə araşdırılması bu qəbildəndir. Görülən bu işlər bütün Azərbaycan xalqı kimi Qobu sakinləri, xüsusilə də ağsaqqallar tərəfindən minnətdarlıqla qarşılanır.
Cənab Prezident, çətin və şərəfli işlərinizdə müvəffəqiyyətlərinizin davamlı olmasını diləyir, Uca Allahdan Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram.
Hörmətlə,
Qasımov Akif Babalı oğlu
Azərbaycan Respublikası, Abşeron rayonu, Qobu qəsəbəsi.