07 sentyabr 2012, 18:20

Nəriman Əliyevdən, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Müstəqil Azərbaycanımız Sizin həyata keçirdiyiniz islahatlar, apardığınız siyasət sayəsində beynəlxalq aləmdə etibarlı tərəfdaşa, bölgənin lider dövlətinə çevrilmişdir. İndi mötəbər məclislərdə, nüfuzlu qurumlarda inkişafın Azərbaycan modelindən söhbət açılır. Bu model örnək kimi götürülür. Ölkəmizin uğurları bizi çox sevindirir. Sizin yüksək şəxsi nüfuzunuz, müdrik diplomatiyanız sayəsində qazanılmış daha bir uğur hamımızı qəlbən sevindirmişdir. Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş zabitimiz Ramil Səfərovun Vətənə gətirilməsi və əfv olunması tarixi nailiyyətdir. Bu cəsarətli addıma görə xalqımız Sizə minnətdardır. Mənim deputat seçildiyim Masallı rayonunda hamı Sizin cəsarətinizdən, prinsipiallığınızdan danışır.

Dərin hörmət və ehtiramımı bildirirəm. Sizə şərəfli və məsuliyyətli işinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Nəriman Əliyev,
Milli Məclisin deputatı.

Azərbaycan Respublikası, Masallı rayonu.