Bahadur Həziyev və başqalarından, Qubadlı (Sumqayıt), Azərbaycan
Hörmətli cənab Prezident
Təcavüzkar Ermənistan ordusu tərəfindən rayonumuzun işğal edilməsinin 19-cu ildönümü ilə əlaqədar avqustun 31-də keçirilən mərasim zamanı eşitdiyimiz xoş xəbər bir anlığa yurd-yuva həsrətimizi və nisgilimizi unutdurdu.
Ramil Səfərovun elə həmin gün Sizin Sərəncamınızla əfv edilməsi ata-baba torpaqlarından didərgin düşmüş bütün mərasim iştirakçılarını sevindirdi.
Bu humanist qərar torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpası istiqamətində Dövlətimizin başçısının qətiyyətli mövqeyindən xəbər verir. Bütün bunlar bir idmançı, bir vətəndaş kimi bizi qələbələrə ruhlandırır.
Sonsuz təşəkkürümüzü qəbul etməyinizi xahiş edir, müdrik və qətiyyətli mövqeyinizi müdafiə edir, torpaqlarımızın işğaldan azad edilməsi yolunda bütün qərarlarınıza hazır olduğumuzu bildiririk.
Dərin hörmət və ehtiramla,
Həziyev Bahadur- respublikanın əməkdar məşqçisi,
Ağayev Fərid - dünya çempionatının mükafatçısı,
Bahadurov Cəlal - respublika çempionu.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.