25 noyabr 2022, 16:00

Elnur Əsədov və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Dövlətimizin və millətimizin daha da güclənməsi, böyük qüdrət sahibi olması yolunda gördüyünüz böyük işlər göz qabağındadır. Sizin uğurlu daxili və xarici siyasətiniz sayəsində ölkəmiz siyasi, iqtisadi, mədəni, hərbi, milli və dövlət təhlükəsizliyi sahələrində inanılmaz uğurlar əldə etmişdir və bu böyük nailiyyətlər günbəgün daha da intensiv xarakter alır.

Biz – Bakı şəhəri, Nərimanov rayonunda yaşayan və yeni mənzil sahibləri olan sakinlər bir müddət öncə Sizə müraciət etmişdik. Əvvəlcə onu deyək ki, bu müraciətin çox tez bir zamanda diqqətə alınması bizi çox qürurlandırdı.

Cənab Prezident, Siz bir daha biz vətəndaşlara sübut etdiniz ki, vətəndaşların rifahı Sizin üçün hər şeydən üstündür. Biz fəxr edirik ki, Azərbaycan xalqının Sizin kimi müdrik və xalqına yüksək dəyər verən Prezidenti vardır. Sizin sayənizdə bizi narahat edən məsələlər həll olundu. Bunun üçün Sizə sonsuz minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Əsədov Elnur Edson oğlu

Fərhadov Mirzə Bəhram oğlu

Şamilova Pərvanə Hüseyn qızı

Bağırov Elxan Hüseyn oğlu

Şamilov Cəlal Adil oğlu

Bağırov Kamil Mais oğlu

Bağırova Turan Elxan qızı

Əkbərova Sədaqət Azər qızı

Əsgərov Həsən Emin oğlu

Məmmədova Saray Rasim qızı

Verdiyev Rüstəm Vəli oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.