07 sentyabr 2012, 16:15

Bəkir Mirzəyevdən, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident!

Milli Ordumuzun zabiti Ramil Səfərovun əfv edilməsi haqqında imzaladığınız Sərəncama görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Siz bu addımınızla tarixi bir iş gördünüz. Biz bir daha əmin olduq ki, Azərbaycanın qeyrətli, cəsarətli, müdrik Prezidenti vardır. Xalqımız indi özünü daha əmin və arxayın hiss edir. Ali Baş Komandanımızı əmin edirik ki, Sizin hər an verəcəyiniz əmrlə torpaqlarımızı azad etmək üçün son damla qanımıza qədər vuruşmağa hazırıq. Biz Sizinləyik, Sizinlə fəxr edirik. Yaşasın Prezidentimiz, Yaşasın Azərbaycanımız!

Dərin hörmətlə,
Mirzəyev Bəkir Allahverən oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu, Mastail kəndi.