Valeh Rəhimov və başqalarından, Lənkəran, Azərbaycan
Hörmətli cənab Prezident.
Lənkəran rayonunun Liman şəhərinin H.Aslanov küçəsi ilə Şirinsu qəsəbəsinin birləşməsində 60-a yaxın ailənin yaşadığı fərdi yaşayış evlərində təbii qaz yox idi. Buna görə çox əziyyət çəkirdik. Xüsusilə, qış aylarında evlərimizi qızdırmaq üçün əvvəlcədən tədarük görmək, qışa hazırlaşmaq məcburiyyətində idik.
Bu məsələ ilə əlaqədar Sizə ünvanladığımız kollektiv müraciətə lazımi formada baxılması nəticəsində əraziyə qaz xəttinin çəkilməsi təmin edilmişdir. Nəhayət ki, bu ayın 17-də evimizdə “mavi yanacaq”dan istifadə etdik.
Əziz Prezidentimiz, vətəndaşlara göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümüzü bildiririk. Siyasi fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Rəhimov Valeh
Mirzəliyev Məhəmməd
Rüstəmov Cabir
Ramazanov Arif
Məmmədov Emil və başqaları (10 nəfər).
Azərbaycan Respublikası, Lənkəran rayonu, Liman şəhəri.