26 noyabr 2022, 13:46

Rafiq Abdullayevdən, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyiniz altında respublikamızda bütün sahələrdə görülən işlər təqdirəlayiqdir və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə istiqamətində atılan addımlar, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görülən tədbirlər ölkəmizdə cinayət hallarının azalmasına gətirib çıxarır. Mən Göyçay rayonunun sakini olaraq həyata keçirilən bu tədbirləri alqışlayır, Sizin daxili və xarici siyasətinizi dəstəkləyirəm.

Allah Sizi və xalqımızı qorusun.

Hörmətlə,

Abdullayev Rafiq Şahlar oğlu

Azərbaycan Respublikası, Göyçay rayonu.