26 noyabr 2022, 14:40

Elza Xudiyeva və başqalarından, Bakı, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Biz – Qaradağ rayonu, Sahil qəsəbəsinin sakinləri 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımızın qaytarılmasına görə Sizə minnətdarlığımızı bildiririk. Məhz Sizin apardığınız uğurlu xarici və daxili siyasət nəticəsində xalqımız tarixinin ən böyük zəfərlərindən birinə şahidlik etmiş oldu. Bu Qələbə tariximizə qızıl hərflərlə yazıldı.

Hörmətli cənab Prezident, Siz hər zaman Qaradağ rayonuna diqqət və qayğı ilə yanaşmısınız. Vaxtilə Sizin Qaradağ rayonundan deputat seçildikdən sonra rayon ərazisində canlanmanın, sosial-iqtisadi inkişafın şahidi olduq. Bu gün biz bunu Azərbaycanın hər yerində, həmçinin Qaradağ rayonunda görürük.

Qaradağ rayonunun bütün qəsəbələrində olduğu kimi, Sahil qəsəbəsində də əhalinin narahat edən problemlərin həll olunması üçün işlər görülür. Qəsəbədaxili yollara asfalt örtüyü çəkilib, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün lazımi şəraitin, uşaqlar üçün əyləncə yerlərinin, abad məhəllələrin yaradılması işləri sürətlə davam etdirilir. Görülmüş işlər nəticəsində Qaradağ rayonunun siması dəyişib, insanların maddi rifah halı yüksəlib.

Cənab Prezident, görülən işlərə görə Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Sizə gələcək işlərinizdə uğurlar arzu edirik.

Hörmətlə,

Xudiyeva Elza Nadir qızı

Hacıyeva Təranə Vasif qızı

Nəcəfova Zəminə Abuzər qızı

Rasimli Şaiq Rasim oğlu

İsmayılova Leyla Şəmsəddin qızı və başqaları (35 nəfər).

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi.