28 noyabr 2022, 17:03
Elşad Fərəcovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Bu məktubu yazmaqla Sizə olan səmimi və xoş hisslərimi izhar etmək, sevgi dolu diləklərimi çatdırmaq istəyirəm.
Azərbaycan Ordusunun qazandığı qələbələr, dünyada baş verən dəyişikliklərə baxmadan ölkəmizin davamlı inkişafı Sizin sayənizdə baş verir və xalqın Sizə olan məhəbbətini, inamını daha da artırır.
Güclü Azərbaycan uğrunda başladığınız hər bir işdə uca Allahdan Sizə güc və qüvvət arzulayıram. Qoy Allah yar və yardımçınız olsun. Sizin sözlərinizlə desək, bizim işimiz haqq işidir və haqlı olan qalib olacaq.
İnşallah, Sizin rəhbərliyinizlə şanlı bayrağımız hər zaman ucalarda dalğalanacaq. Azərbaycan xalqı Sizinlədir və hər zaman Sizinlə olacaq.
Hörmətlə,
Fərəcov Elşad Dövlət oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri.