29 noyabr 2022, 13:52
Mahir Abbasovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Respublikamızda həyata keçirilən tədbirlər, görülən abadlıq-quruculuq işləri, o cümlədən doğma Qarabağımızda geniş vüsət alan bərpa işləri xalqımız tərəfindən böyük sevinc və minnətdarlıq hissi ilə qarşılanır.
Cənab Prezident, noyabrın 25-də Sizin ADA Universitetində etdiyiniz çıxış bir vətəndaş kimi məndə bir daha iftixar hissi oyatdı. Sizin ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız haqqında dediyiniz fikirlər bizi qürurlandırır. Biz Sizinlə fəxr edirik.
Mən ailəm adından Sizə dərin minnətdarlığımı bildirirəm.
Allah Sizi və dövlətimizi qorusun.
Hörmətlə,
Abbasov Mahir Fərman oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi.