07 sentyabr 2012, 14:15

Səadət Kazımovadan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident!

Biz bugünlərdə Sizin sayənizdə qazanılmış böyük bir uğurun sevincini yaşayırıq. Siz qürbət eldə dustaq həyatı yaşayan qeyrətli Vətən övladı, Azərbaycan zabiti Ramil Səfərovu elinə-obasına qovuşdurdunuz. Sizin bu tarixi xidmətiniz hamı kimi biz müəllimlərin də dərin sevincinə səbəb oldu. İndi biri nota verir, biri izahat tələb edir. Belələrindən soruşmaq istəyirik ki, Azərbaycan torpaqları işğal olunanda, bir milyona yaxın azərbaycanlı öz vətənində məcburi köçkünə çevriləndə, Xocalı soyqırımı törədiləndə, dinc insanların həyatına son qoyulanda niyə ağızlarına su alıb oturmuşdular, səslərini çıxarmırdılar?

Cənab Prezident, xalqımız Sizin tərəfinizdədir, Sizin arxanızdadır. Azərbaycan əsgərləri Qarabağımızı azad etmək üçün Sizin əmrinizə müntəzirdirlər. Allah Sizi qorusun, Azərbaycanımızın qüdrətini daha da artırsın. Sizə işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Kazımova Səadət Kazım qızı,
1 nömrəli orta məktəbin direktoru.

Azərbaycan Respublikası, Ağcabədi şəhəri.