30 noyabr 2022, 13:30

Elnur Qocayev və başqalarından, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Biz Azərbaycan vətəndaşları olaraq, Sizin məqsədyönlü siyasətinizi hər zaman dəstəkləyirik və bu siyasətin yolunda, yeri gələrsə, qanımızdan, canımızdan belə keçməyə hazırıq. Müqəddəs Ulu Öndər vəsiyyətini yerinə yetirərək, Qarabağımızı özümüzə qaytararaq, qırılan qürurumuzu bərpa etdiyinizə görə Sizə xüsusi minnətdarlığımızı bildiririk.

Möhtərəm Prezident, həmçinin, ölkə vətəndaşlarına verdiyiniz dəyərə, aztəminatlı ailələrə göstərdiyiniz qayğıya görə Sizə təşəkkür edirik. Biz də bu diqqəti və qayğını hər zaman üzərimizdə hiss edirik. Əgər bir rəhbər hər zaman şəhid ailəsinin, qazinin, aztəminatlı vətəndaşının yanındadırsa, nə xoş bizə.

Cənab Prezident, Allah Sizi və dövlətimizi qorusun. Amin.

Hörmətlə,

Qocayev Elnur

Məmmədov Yusif

Məmmədov Əhməd

Zeynalova Mətanət

Əsədov Məhərrəm

Hacıyev Vüqar və başqaları (21 nəfər).

Azərbaycan Respublikası, Gəncə şəhəri.