Şabəyim Cananova və başqalarından, Cəlilabad, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin apardığınız uğurlu və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə abadlıq və quruculuq işləri geniş vüsət almışdır. 44 günlük Vətən müharibəsindəki Qələbəmiz bütün dünyaya sübut etdi ki, Siz əvəzolunmaz Lider, Vətənini, millətini sevən, ona canı və qanı ilə bağlı olan Azərbaycan oğlusunuz.
Onu da qeyd etmək lazımdır ki, apardığınız uğurlu və uzaqgörən siyasət bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də öz bəhrəsini verməkdədir. Biz Cəlilabad rayon sakinləri olaraq səhiyyəmizə verdiyiniz dəyərə və hər birimizin sağlamlığına həssas yanaşmağınıza görə, xüsusən də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitə və orda olan tibbi xidmətə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz bu xəstəxanada həm COVID-in geniş yayıldğı dönəmdə, həm də ondan sonrakı dövrdə müalicə almışıq. Aramızda ən ağır xəstədən tutmuş cərrahı əməliyyat keçirən xəstələrə qədər var. İcbari tibbi sığortanın tətbiqindən sonra xəstəxanamız yaxşı mənada dəyişilmişdir. Hər bir xəstəyə yüksək səviyyədə yanaşma, qidalanmamız, dərman təminatı, xəstəxanada qurulan yeni müasir laboratoriya, yeni tibbi aparatlar, bir sözlə hamısı, Cəlilabad əhalisinin ürəyindəndir. Xəstəxanaya daxil olub müalicə alarkən, insan özünü qabaqcıl xarici ölkədəki kimi hiss edir. Tibbi personalın xəstələrə münasibəti tam dəyişmiş, hər kəsə qayğıkeş münasibət formalaşmışdır.
Hörmətli cənab Prezident, Sizə dərin təşəkkürümüzü bildiririk. Nə yaxşı ki, varsınız.
Dərin hörmətlə,
Cananova Şabəyim Həzi qızı
Quliyeva Sidiqə Nəcəf qızı
Əhmədova Nailə Güllər qızı
Əhmədov Ərşad Bəxtiyar oğlu
Mirzəyeva Samirə Əlirza qızı
Musayeva Məlahət Gülhüseyn qızı
Həsənova Sevinc Məmmədağa qızı
Zeynalov İlham Bahadir oğlu
İbrahimova Mənsura Cəlil qızı
Azərbaycan Respublikası, Cəlilabad şəhəri.