07 sentyabr 2012, 15:15

Oqtay Məmmədovdan, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin müvafiq Sərəncamınızla Ramil Səfərovun azadlığa buraxılması Saatlı şəhər 1 nömrəli orta məktəbin kollektivini ürəkdən sevindirmişdir. Biz bu hadisəni Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin və Azərbaycan xalqının qələbəsi kimi qiymətləndiririk. Biz bu hadisəni Azərbaycanın Sizin rəhbərliyiniz altında həyata keçirilən ədalətli, qüdrətli daxili və xarici siyasətinin qələbəsi hesab edirik. Biz inanırıq ki, Sizin yorulmaz səyləriniz nəticəsində Azərbaycan xalqının qazandığı bu qələbə mənfur qonşularımız üzərində yaxın vaxtlarda çalacağımız zəfərin müjdəsidir. Bu müjdəyə qovuşmaq naminə atdığınız addımlarda Sizə böyük uğurlar arzulayırıq. İnanırıq ki, arzumuz tezliklə çin olacaqdır.

Dərin hörmətlə,

Oqtay Məmmədov, əməkdar müəllim.

Azərbaycan Respublikası, Saatlı şəhəri.