01 dekabr 2022, 18:10
Zöhrab Cəfərovdan, Naftalan, Azərbaycan
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı.
Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə göstərdiyiniz çox yüksək diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.
Oğlum – Vətən müharibəsi şəhidi Elyəddin Cəfərovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və bir neçə medalla təltif olunmasına görə Sizə təşəkkür edirəm. Şəhidlərin orden və medallarla təltif olunması bir daha şəhid ruhuna hörmətin, şəhid valideynlərinə, onların ailələrinə əvəzsiz qayğının təzahürüdür.
Cənab Prezident, Sizə minnətdaram, işlərinizdə yeni uğurlar arzulayıram. Sizin siyasi kursunuzu hər zaman dəstəkləyirik.
Ulu Tanrı Sizi qorusun.
Hörmətlə,
Cəfərov Zöhrab Səfər oğlu
Şəhid atası
Azərbaycan Respublikası, Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndi.