02 dekabr 2022, 13:31

Əli Zayidovdan, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyiniz altında respublikamızda bütün sahələrdə görülən işlər təqdirəlayiqdir və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Mən də Vətənimizin, Göyçay rayonunun bir sakini olaraq həyata keçirilən bu işləri, tədbirləri ürəkdən alqışlayıram.

Mən aztəminatlı ailənin üzvüyəm. Şükür Allaha, halal zəhmətimlə dolanıram. Onu deyə bilərəm ki, işləmək və özünə xoş güzəran qurmaq istəyən vətəndaşlar üçün dövlətimiz tərəfindən hər bir imkan yaradılmışdır. Kənd təsərrüfatında çalışan fermerlərə böyük dəstək və kömək göstərilir, aztəminatlı ailələr üçün özünüməşğulluq proqramı uğurla icra olunur və sair. Bütün bunlar Sizin düşünülmüş sosial-iqtisadi siyasətinizin tərkib hissələridir.

Cənab Prezident, Sizin yürütdüyünüz siyasəti mən də daim dəstəkləmişəm və dəstəkləyəcəyəm.

Uca Tanrı Sizi daim qorusun.

Hörmətlə,

Əli Zayidov

Azərbaycan Respublikası, Göyçay şəhəri.