02 dekabr 2022, 18:00

Xanımqız Ağababayevadan, Şamaxı, Azərbaycan

Əziz və hörmətli cənab Prezident.

Sizin xarici və daxili siyasətinizi bəyənir və ürəkdən alqışlayırıq. Sizin komandanlığınız altında müzəffər Ordumuzun Vətən müharibəsindəki Qələbəsi ilə fəxr edirik. Sizin uğurlarınız, uzaqgörən siyasətiniz, müdrik qərarlarınız bizi çox sevindirir.

Qəhrəman Sərkərdəmiz, qələbələriniz çox olsun.

Mənim oğlum da 44 günlük Vətən müharibəsində iştirak etmiş, düşmənlərlə döyüşmüşdür. Mənə deyir ki, Vətənin müdafiəsinə qalxmağa hər zaman hazırdır.

Cənab Prezident, neçə illər idi ayaqlarım tutulmuşdu. Həkimlər diaqnoz qoymuşdular ki, dizlərim əməliyyat olunmalıdır. Sizin fərmanınızla ölkəmizə tətbiqinə başlanılan icbari tibbi sığorta məni həyata qaytardı. Sığorta əsasında Respublika Diaqnostika Mərkəzində əməliyyat olundum. Əməliyyat uğurlu alındı və indi mən sərbəst yeriyirəm.

Cənab Prezident, buna görə, Sizə təşəkkür edirəm.

Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Ağababayeva Xanımqız Ağababa qızı

Azərbaycan Respublikası, Şamaxı şəhəri.