03 dekabr 2022, 13:41

İbrahim Əzizovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Məni, sadə Azərbaycan vətəndaşını, elm adamını 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq gördüyünüz üçün Sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Cənab Prezident, bu mükafat Sizin elm adamlarına diqqət və qayğınızın bariz təcəssümüdür. Bu həm şərəf, həm də məsuliyyətdir. Bu məsuliyyəti dərk edərək mən də bütün həyatımı doğma Vətənimizə, elmimizə xidmətə həsr edəcəyimə Sizin qarşınızda söz verirəm.

Dərin hörmət və minnətdarlıqla,

Əzizov İbrahim Vahab oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi.