02 dekabr 2022, 19:30

David İbrahimxəlilovdan, Qusar, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin 30 noyabr 2022-ci il tarixli Sərəncamınızla ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərlə birlikdə Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə "Tərəqqi" medalına layiq görülməyim mənim üçün böyük etimad və şərəfdir.

Cənab Prezident, fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə Sizə dərin təşəkkürümü bildirir və Sizi əmin edirəm ki, bundan sonra da dövlətçiliyimizin daha da inkişaf etdirilməsi istiqamətində var gücümlə çalışacağam.

Hörmətlə,

İbrahimxəlilov David Nurəddin oğlu

Azərbaycan Respublikası, Qusar şəhəri.