Musa Musayevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında Sərəncamınız böyük sevinclə qarşılandı. Təltif edilənlər sırasında olmaqdan qürur duyur, Sizə dərin təşəkkürümü bildirirəm.
Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsi və Sizin alternativsiz siyasətiniz Azərbaycanın tərəqqi yolunda inamla irəliləməsini və şanlı Zəfər qazanmasını təmin edib. Dünya azərbaycanlıları Sizin ətrafınızda sıx birləşib və bu, Azərbaycanın yeni möhtəşəm nailiyyətlər qazanmasına güclü təkan verir. Biz də Heydər Əliyev ideyalarına sadiq olan Yeni Azərbaycan Partiyasının üzvləri kimi siyasətinizi qətiyyətlə dəstəkləyir, bu yolda bütün gücümüzlə çalışacağımıza Sizi əmin edirik.
Dövlətimiz və partiyamız qarşısında kiçik xidmətlərimi nəzərə alaraq məni “Tərəqqi” medalı ilə təltif etdiyiniz üçün Sizə bir daha sonsuz minnətdarlığımı bildirirəm.
Hörmət və ehtiramla,
Musa Musayev
YAP Təftiş Komissiyasının üzvü
Azərbaycan Respublikası, Bakı şəhəri.