07 sentyabr 2012, 13:45

Arif Quliyevdən, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizə Azərbaycan Ordusunun zabiti Ramil Səfərovu Vətənə gətirtdirərək əfv etdiyinizə görə 8500 nəfər üzvü olan Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı adından minnətdarlığımızı bildiririk. Siz dövlətimizin başçısı, partiyamızın lideri kimi Azərbaycanı inkişaf yolları ilə irəliyə doğru aparır, xalqımızın rifahı naminə yorulmadan çalışırsınız. Bu işdə Yeni Azərbaycan Partiyasının hər bir üzvü Sizin köməkçinizdir. Sizə şərəfli işinizdə böyük müvəffəqiyyətlər arzu edirik. İnanırıq ki, Sizin rəhbərliyiniz altında Azərbaycan xalqı daha böyük uğurlar qazanacaq və yeni zirvələr fəth edəcəkdir. Biz bu gün Ramil Səfərovun azadlığa qovuşmasının sevincini yaşayırıq. Yaxın vaxtlarda isə böyük Qələbəmizi bayram edəcəyik. Sizin müdrik siyasətiniz bizi bu Qələbəyə doğru aparır.

Dərin hörmətlə,

Arif Quliyev,
YAP Ağcabədi rayon təşkilatının sədri.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.