07 sentyabr 2012, 13:15

Təranə Şahlarovadan, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident!

Doğma Azərbaycanımız Sizin rəhbərliyinizlə hər bir sahədə böyük uğurlar qazanır. İqtisadiyyatımız inkişaf edir, rifahımız yüksəlir, ordumuz qüdrətlənir, ölkəmiz çiçəklənir. İndi Azərbaycan dünyada söz və nüfuz sahibidir. Bizə qonaq gələn əcnəbilər doğma Vətənimizin inkişafından sözün yaxşı mənasında heyrətləndiklərini dilə gətirirlər. Bütün bunlar dostlarımızı sevindirir, düşmənlərimizi kədərləndirir. Azərbaycanın qeyrətli oğlu Ramil Səfərovun ömürlük həbsdən azad edilməsi də dostlarımızda iftixar, düşmənlərimizdə məyusluq hissi doğurmuşdur. Ramili azadlığa qovuşdurmağınız növbəti qələbələrimizin xoş müjdəsidir. Bu müjdə bizi çox sevindirmişdir. Sizə müjdəli günlər, Azərbaycan naminə gördüyünüz işlərdə uğurlar arzulayırıq.

Hörmət və ehtiramla,

Şahlarova Təranə Sahibəli qızı.

Azərbaycan Respubliaksı, Saatlı rayonu.