05 dekabr 2022, 13:30

Pərviz Quliyevdən, Cəlilabad, Azərbaycan

Möhtərəm cənab Prezident.

Siz Azərbaycan xalqının igid, qəhrəman oğlusunuz. Siz Qarabağımızı azad etməklə bütün azərbaycanlıları sevindirdiniz, qürurlandırdınız. Buna görə Siz bizim həmişəlik qəhrəman Prezidentimiz olaraq qalacaqsınız.

Hazırda işğaldan azad olunmuş ərazilərimizdə böyük tikinti, abadlıq-quruculuq işləri aparılır. Bu işlərə böyük maliyyə vəsaiti sərf olunmasına baxmayaraq digər bölgələrimizə də diqqət və qayğı göstərilir, yeni yollar çəkilir, məktəblər açılır, müasir binalar tikilir.

Belə bir vaxtda rayonumuzun 14 yaşayış məntəqəsini birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı imzaladığınız Sərəncam kəndimizin sakinlərinin hədsiz sevincinə səbəb oldu.

Cənab Prezident, bu təşəbbüsə və diqqətə görə Sizə dərin minnətdarlığımı bildirir, gözəl gələcəyimiz naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Sizin uğurlu siyasətinizi daim dəstəkləyirik.

Hörmətlə,

Quliyev Pərviz Zeydulla oğlu

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Bədirli kəndi.