05 dekabr 2022, 19:22

Arif Məmmədovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən tədbirlər, görülən işlər bir vətəndaş kimi məni də sevindirir və qürurlandırır.

Cənab Prezident, respublikamızın ictimai-siyasi həyatında fəaliyyətimi yüksək qiymətləndirərək məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Sizə cansağlığı, dövlətimizin sosial-iqtisadi inkişafında və müdafiə qabiliyyətinin gücləndirilməsində apardığınız titanik fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram.

Allah Sizi və Vətənimizi qorusun.

Hörmətlə,

Məmmədov Arif Şollan oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri.