Təranə Abdullayevadan, Naxçıvan, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin 30 noyabr 2022-ci il tarixli Sərəncamınızla ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərlə birlikdə Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə “Tərəqqi” medalına layiq görülməyim mənim üçün böyük etimad və şərəfdir. Kiçik əməyimə verilən bu yüksək mükafatı uzun illər ulu öndər Heydər Əliyev siyasi kursuna sədaqətlə xidmət etmiş partiya veteranlarımızın şərəfli əməyinə verilən qiymət kimi qəbul edirəm.
Cənab Prezident, fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımı bildirir və Sizi əmin edirəm ki, bundan sonra dövlətçiliyimizin daha da inkişaf etdirilməsi istiqamətində var gücümlə çalışacağam.
Tanrı Sizi, dövlətimizi və xalqımızı qorusun.
Hörmətlə,
Abdullayeva Təranə Savalan qızı
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu.