06 dekabr 2022, 13:50

Fəxrəddin Vəliyevdən, Şəmkir, Azərbaycan

Möhtərəm cənab Prezident.

30 noyabr 2022-ci il tarixli Sərəncamınızla məni ali dövlət mükafatlarından olan 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Mən Azərbaycanımızın sönməz günəşi, daxili və xarici siyasəti ilə Vətənimizə uğurlar gətirən, dövlətimizin qurucusu və memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndərimiz Heydər Əliyevin ideyalarının yerinə yetirilməsində fəal iştirak etmişəm.

Cənab Prezident, Azərbaycana rəhbərliyiniz dövründə Sizin bütün sahələrdə böyük uğur və xidmətləriniz olub. Vətən müharibəsində qazanılan Zəfərlə böyük bir tarixi missiyanı yerinə yetirmisiniz. Siz xalqımızın qürurunu özünə qaytarmaqla yanaşı, adınızı tariximizə qalib Prezident kimi yazdınız.

Möhtərəm cənab Prezident, Sizin fəaliyyətiniz bütünlüklə xalqımızın xoşbəxt gələcəyi və firavan yaşamasına yönəlib. Fürsətdən istifadə edərək, Sizə və Mehriban xanıma cansağlığı, ailə səadəti və ölkəmizin tərəqqisi naminə fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram. Bundan sonrakı fəaliyyətimdə də Sizin müəyyən etdiyiniz siyasi kursun həyata keçirilməsində bütün qüvvə və bacarığımla iştirak edəcəyəm.

Ulu Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Fəxrəddin Vəliyev

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri

Azərbaycan Respublikası, Şəmkir rayonu.