06 dekabr 2022, 14:35

Faqət Şadlinskayadan, Bərdə, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin yadigarı olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə imzaladığınız Sərəncamla məni “Tərəqqi” medalına layiq görməyinizi YAP Bərdə rayon təşkilatının çoxminli üzvlərinin əməyinə verdiyiniz yüksək dəyər olaraq qiymətləndirirəm.

Cənab Prezident, Sizə sonsuz dərəcədə minnətdarlıq edir və bundan sonra da daim ulu öndər Heydər Əliyev ideyalarının uğurla həyata keçirilməsi yolunda, dövlətimizin qüdrətlənməsi üçün Sizin sədaqətli dəstəkçiniz olaraq var gücümüzlə çalışacağımıza söz veririk.

Ulu Tanrı Sizi, xalqımızı və dövlətimizi qorusun.

Hörmətlə,

Faqət Şadlinskaya

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri

Azərbaycan Respublikası, Bərdə rayonu.