06 dekabr 2022, 15:13

Valeh Sefiyevdən, Biləsuvar, Azərbaycan

Möhtərəm cənab Prezident.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan intibahının ən yüksək mərhələsi Sizin adınızla bağlıdır. Sizin Müzəffər Ali Baş Komandan olaraq əldə etdiyiniz tarixi nailiyyətlər dövlətimizin və xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılmışdır.

Cənab Prezident, ilk növbədə Sizi Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə təbrik edirəm. Partiyanın 30 illiyi münasibətilə məni “Tərəqqi” medalı ilə təltif etdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm. Bu təltif məni hədsiz dərəcədə sevindirdi. Mən bu təltifi ümumən Sizin YAP Biləsuvar rayon təşkilatının işinə verdiyiniz yüksək qiymətin göstəricisi kimi dəyərləndirirəm.

Möhtərəm Prezident, əmin ola bilərsiniz ki, YAP-ın Biləsuvar rayonundan olan bütün üzvləri bundan sonra da ölkəmizdə Ulu Öndərin ideyalarının əbədi olaraq yaşaması üçün əllərindən gələni əsirgəməyəcəklər.

Sizə möhkəm cansağlığı, dövlətimizin və xalqımızın rifahı və xoşbəxt gələcəyi naminə yeni-yeni uğurlar arzulayıram.

Ulu Tanrı Sizi və ölkəmizi qorusun.

Hörmətlə,

Valeh Sefiyev

Azərbaycan Respublikası, Biləsuvar rayonu.