Rafiq Rəhimov və başqalarından, Lerik, Azərbaycan
Hörməli cənab Prezident.
Öncə, Sizə, ailənizə və yaxınlarınıza Allahdan cansağlığı, uzun və sağlam ömür arzu edirik.
Bu bir həqiqətdir ki, hər bir Azərbaycan vətəndaşı, o cümlədən Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri hər zaman Sizin diqqətinizdə olmuşdur. Sizin həm xarici, həm daxili siyasətinizi dəstəkləyir, kadr islahatlarında atdığınız addımları alqışlayırıq.
Sizin respublikamıza rəhbərliyiniz dövründə bizim rayonumuzun da abadlaşdırılmasından ötrü böyük işlər görülmüşdür. Biz leriklilər Sizin kimi alicənab, savadlı və müdrik Liderin ölkəmizə rəhbərlik etməsinə sevinir və Sizə təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Qarabağ müharibəsi veteranları:
Rəhimov Rafiq Şirinbəy oğlu
Yəhyayev Bəhmən Cahangir oğlu
Bayramov Pənah Hüseynağa oğlu
Qurbanov Aqil Abusalam oğlu
Azərbaycan Respublikası, Lerik şəhəri.