Anar Məmmədovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında" 2022-ci il 30 noyabr tarixli Sərəncamınızla “Tərəqqi" medalı alanlar arasında mənim də adımın olmasından böyük qürur hissi keçirdim.
Mənim kiçik zəhmətimi bu yüksək təltifə layiq gördüyünüz üçün Sizə ürəkdən dərin təşəkkürümü bildirir, partiyamızın 30 illik yubileyini qeyd etdiyimiz bu əlamətdar günlərdə bizə göstərmiş olduğunuz yüksək diqqət və qayğıya görə şəxsən öz adımdan və ailəmiz adından Sizə ən xoş arzularımı çatdırıram.
Azərbaycan xalqı, partiyamızın sıralarında cəmləşmiş 700 mindən çox insan və dövlətçiliyinə, Vətəninə, Prezidentinə yüksək sədaqət duyğuları ilə yetişməkdə olan Azərbaycan gəncliyi Sizin ətrafınızda sıx birləşmişik. Biz Sizin son dərəcə cəsarətli, müstəqil, praqmatik, Azərbaycanın parlaq gələcəyinə hədəflənmiş və milli mənafelərimizə xidmət edən siyasətinizi bundan sonra da qəlbən dəstəkləyəcək və dövlətimizə, ulu öndərimiz Heydər Əliyevin əbədiyaşar ideyalarına sədaqətlə, ləyaqətlə və şərəflə xidmət edəcəyik.
Əmin ola bilərsiniz ki, Heydər Əliyev ideallarına sadiq qalaraq öz missiyamı yüksək səviyyədə yerinə yetirmək, etimadınızı layiqincə doğrultmaq üçün bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm.
Möhtərəm cənab Prezident, Sizə bir daha ən səmimi minnətdarlığımı bildirir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.
Hörmətlə,
Anar Məmmədov
Milli Məclisin deputatı
Azərbaycan Respublikası, Bakı şəhəri.