Şahnaz Haşımovadan, Gəncə, Azərbaycan
Çox hörmətli Prezident!
Biz Sizin siyasətinizin daha bir möhtəşəm uğurunun sevincini yaşayırıq. Vətənimizin qeyrətli oğlu Ramil Səfərov Azərbaycana gətirildi və Sizin Sərəncamınızla əfv olundu. Bu işin böyüklüyünü sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bir ana, mədəniyyət işçisi kimi belə bir addımınıza görə Sizə təşəkkür edirəm.
Cənab Prezident, biz bir daha əmin olduq ki, hər bir Azərbaycan vətəndaşının taleyi, hüquqlarının qorunması, qayğıları Sizin daim diqqət mərkəzinizdədir. Biz mədəniyyət işçiləri də Sizin yüksək diqqət və qayğınızı həmişə hiss etmişik. Ölkəmizdə bütün sahələr kimi mədəniyyət sektoru da inkişaf edir. Ulu muğamlarımızın qorunması, dünyada təbliği sahəsində son illər görülmüş işlərin miqyası ölçüyəgəlməzdir. Müstəqil Azərbaycanın möhtəşəm uğurlarından çox danışmaq olar. Bütün bunlara görə, cənab Prezident, Sizə minnətdarıq. Allah Sizi xalqımız üçün qorusun. Amin!
Dərin hörmətlə,
Şahnaz Haşımova,
Xalq Artisti.
Azərbaycan Respublikası Gəncə şəhəri.