Şahmurad Ağasiyevdən, Qəbələ, Azərbaycan
Möhtərəm cənab Prezident.
Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə partiyanın fəaliyyətində göstərdiyim xidmətləri yüksək qiymətləndirərək, Sizin tərəfinizdən “Tərəqqi” medalı ilə təltif olunduğum üçün böyük şərəf və qürur hissi keçirirəm.
Sizi əmin edirəm ki, bundan sonrakı fəaliyyətimdə də partiyamızın ali məqsədi olan dövlət müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində üzərimə düşən vəzifələri layiqincə yerinə yetirəcəyəm. Sizin tərəfinizdən uğurla davam etdirilən ulu öndər Heydər Əliyev ideyalarına daim sadiq qalacağam.
Cənab Prezident, fürsətdən istifadə edərək Sizə cansağlığı, dövlətimizin inkişafı naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Tanrı Sizi və Vətənimizi qorusun.
Hörmətlə,
Şahmurad Ağasiyev
Azərbaycan Respublikası, Qəbələ rayonu, Uludaş kəndi.