08 dekabr 2022, 13:30

Pənah Əliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən, Əliyev Pənah Alı oğlu 1942-ci ildə Böyük Vedi rayonunda anadan olmuşam. 1968-ci ildə Tibb Universitetini bitirərək, Bakı şəhərində həkimlik fəaliyyətinə başlamışam. 60 illik fəaliyyətimin 40 ilini baş həkim olmuşam və elimə, obama, xalqıma tibbi xidmət göstərmişəm. Əməkdar həkim adına layiq görülmüşəm, “Tərəqqi” medalı ilə təltif olunmuşam. Ancaq “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunmağım mənim üçün daha əzizdir. Buna görə özümün və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Böyük hörmətlə,

Pənah Əliyev

Azərbaycan Respublikası, Bakı şəhəri.