08 dekabr 2022, 15:33

Zəkiyyə Musayevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında" 30 noyabr 2022-ci il tarixli Sərəncamınızla "Tərəqqi" medalı ilə təltif olunmaq məni çox qürurlandırdı. Məni bu təltifə layiq gördüyünüz üçün Sizə səmimi qəlbdən dərin təşəkkürümü bildirir, partiyamızın 30 illik yubileyini qeyd etdiyimiz günlərdə göstərdiyiniz bu yüksək diqqətə görə ən xoş arzularımı çatdırıram. Sizin bu etimadınız üzərimizə böyük məsuliyyət qoyur, daha da əzmlə işləməyə yeni ruh verir. Sizi əmin etmək istəyirəm ki, mən də gələcək fəaliyyətimdə bu etimadı doğrultmağa çalışacam, Vətənə daha böyük əzmlə xidmət edəcəyəm.

Cənab Prezident, Sizə bir daha minnətdarlığımı çatdırır, ölkəmizin inkişafı, dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində ali fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Ulu Tanrı Sizə yar olsun.

Hörmətlə,

Zəkiyyə Musayeva

Azərbaycan Respublikası, Bakı şəhəri.