08 dekabr 2022, 16:10

Gülnarə Qasımovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakı olan bir qrup partiya fəalının sırasında məni də "Tərəqqi" medalı ilə təltif etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizin Sərəncamınız əməyimə verilmiş yüksək qiymət və göstərilən böyük etimaddır. Hər zaman Sizin və rəhbərlik etdiyiniz partiyamızın etimadını doğrultmağa çalışacağam və bu istiqamətdə əlimdən gələni əsirgəməyəcəyəm.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, ölkəmizin firavan gələcəyi yolunda böyük uğurlar arzulayıram.

Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Gülnarə Qasımova

Azərbaycan Respublikası, Bakı şəhəri.