Anar İsmayılovdan, Sumqayıt, Azərbaycan
Möhtərəm cənab Prezident!
Milli ordumuzun zabiti Ramil Səfərovun ölkəmizə gətirilməsi və Sizin tərəfinizdən əfv edilməsi çox böyük uğurdur. Biz bu günü sərbirsizliklə gözləyirdik. Sizin uğurlu diplomatiyanız sayəsində intizarımıza son qoyuldu. Xalqımız bir daha əmin oldu ki, taleyini Sizə etibar edəndə yanılmamışdır. Bunu ötən illərdə Sizin rəhbərliyinizlə Azərbaycanda görülən möhtəşəm işlər əyani surətdə təsdiq edir. Mən bir Azərbaycan gənci olaraq növbəti Prezident seçkilərində də Sizə səs verəcəyəm. Bu mənim qəlbimin hökmüdür. Bir daha Azərbaycan gəncləri adından Sizə minnətdarlığımı bildirirəm. Var olun, var olun, yenə də var olun!
Hörmətlə,
İsmayılov Anar Nurəddin oğlu.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri,
48-ci məhəllə, ev 8a, mənzil 5.