Coşqun Zeynalov və Çingiz Təhməzovdan, Cəlilabad, Azərbaycan
Hörmətli cənab Prezident.
Hazırda respublikamızın bütün şəhər və rayonlarında, xüsusilə də işğaldan azad olunan ərazilərimizdə genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Bölgələrdə görülən işlər şəhər, qəsəbə və kəndlərimizin simasının daha da yaxşılaşdırılmasına, baxımlı olmasına xidmət edir. Ölkədə aparılan abadlıq-quruculuq və yenidənqurma işləri zövq oxşayır, şəhər, kənd və qəsəbələrin simasına əlavə yaraşıq gətirir.
Bu baxımdan 2022-ci il noyabrın 30-da imzaladığınız “Cəlilabad rayonunun Abazallı–Təklə–Şorbaçı–Mədətli–Novruzallı–Məmmədrzalı–Məşədilər–Dostallı–Şötüklü–Boyxanlı–Məlikqasımlı və Şiləvəngə–Adnalı–Bədirli avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam da böyük əhəmiyyət kəsb edir və 14 yaşayış məskəninin sakinlərinin rahat yaşayışına xidmət edəcəkdir.
Cənab Prezident, bütün cəlilabadlılar Sizin siyasətinizi ürəkdən dəstəkləyir. Sizin sayənizdə Cəlilabadımız gündən-günə daha da gözəlləşir, abadlıq işləri davam edir, yollar çəkilir.
Bu qayğıya görə Sizə təşəkkür edir, gələcək işlərinizdə yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Zeynalov Coşqun Çingiz oğlu
Təhməzov Çingiz Fərrux oğlu
Azərbaycan Respublikası, Cəlilabad şəhəri