Elşad Şükürovdan, Cəlilabad, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən tədbirlər, görülən işlər bir vətəndaş kimi biz kənd sakinlərini sevindirir və qürurlandırır. Məlumdur ki, işğaldan azad olunmuş ərazilərimizdə tikinti, abadlıq, quruculuq işlərinin aparılmasına böyük maliyyə vəsaiti sərf olunur. Belə bir vaxtda rayonumuzun 14 yaşayış məntəqəsini birləşdirən avtomobil yollarının, o cümlədən Şiləvəngə-Bədirli yolunun tikintisi ilə bağlı imzaladığınız sərəncam kəndimizin sakinlərinin hədsiz sevincinə səbəb oldu.
Cənab Prezident, bu təşəbbüsə və diqqətə görə Sizə dərin minnətdarlığımızı bildirir, gözəl gələcəyimiz naminə fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Sizin uğurlu siyasətinizi daim dəstəkləyirik.
Bədirli kənd ağsaqqalları və ziyalıları adından hörmətlə,
Şükürov Elşad Pörüz oğlu
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Bədirli kənd.