Ramil Adilov və başqalarından, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Siz Azərbaycana rəhbərlik etdiyiniz illər ərzində ölkəmizi inkişaf etdirmiş, bütün dünyaya tanıtmısınız. Azərbaycan xalqının rifahının yüksəldilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görürsünüz. Buna görə Sizə sonsuz təşəkkürümüzü bildiririk.
Sizin bölgələrin inkişafı haqqındakı qərar və sərəncamlarınıza uyğun olaraq Quba rayonunda da abadlıq-quruculuq işləri geniş vüsət alıb. Rayonun ən ucqar kəndlərinə belə diqqət yetirilir, yollara çınqıl döşənir, əhalinin rayon mərkəzi ilə əlaqəsi yaxşılaşdırılır.
Əziz Prezidentimiz, Qubanın Muçu, Nütəh, Xaltan, Rəngdar, Çarxaçu kəndlərinin bütün sakinləri adından Sizə bir daha təşəkkürümüzü bildirir, uzun ömür, cansağlığı arzulayırıq.
Ulu Tanrı hər zaman köməyiniz olsun.
Hörmətlə,
Adilov Ramil
Kazımov Umud
Baxışov Musa
Əliverdiyev Natiq
Eyvazov Gündüz və başqaları (38 nəfər)
Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.