13 dekabr 2022, 18:00

Novruz Muradovdan, Beyləqan, Azərbaycan

Cənab Prezident.

Birinci Qarabağ müharibəsinin iştirakçısı olaraq, başımda yaranmış ağrılar səbəbindən Müharibə Veteranlarının Respublika Xəstəxanasına göndərilmişdim. Xəstəxanada yaxşı qəbul edildim, məni narahat edən səbəblər soruşuldu. Mənim müalicəmlə məşğul olmaları üçün həkimlərə müvafiq tapşırıq verildi. Hazırda təyinat əsasında nəzərdə tutulmuş dərmanların qəbulu, sistemlərin köçürülməsi işi vaxtlı-vaxtında həyata keçirilir. Bir neçə gündür ki, yüksək səviyyəli müalicə almağım səbəbindən baş ağrılarım tamamilə aradan qalxıb.

Cənab Prezident, bu xəstəxanada veteranların rahatlığı üçün hər cür şərait yaradılıb. Bütün şöbələr müasir tipli tibbi və digər texnika ilə təmin olunub. Bütün palatalarda isitmə sistemləri tam işləyir ki, bu da bizim rahatlığımıza səbəb olur.

Bütün bu yüksək qayğıya görə Sizə şəxsən öz adımdan və veteranlar adından təşəkkür edirəm.

Hörmətlə,

Muradov Novruz,

Birinci Qarabağ müharibəsi iştirakçısı.

Azərbaycan Respublikası, Beyləqan rayonu, Dünyamalılar kəndi.