13 dekabr 2022, 16:30

Nərmin Muradovadan, Şamaxı, Azərbaycan

Hörmətli cənab Prezident.

Vətəndaşların rifahının yüksəldilməsi hər zaman Sizin diqqət mərkəzinizdə olub. Pandemiya şəraitinin uzun müddət davam etməsinə, müharibədən yeni çıxan ölkə olmasına baxmayaraq Sizin sayənizdə Azərbaycanda davamlı olaraq sosial sahədə uğurlu siyasət aparılır.

Cənab Prezident, pensiya və müavinətlərin son illər ərzində davamlı şəkildə artırılması, eyni zamanda, ünvanlı dövlət sosial yardımı üçün ehtiyac meyarının məbləğinin artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ən mühüm addımlardandır.

Mən də ünvanlı sosial yardım alan bir şəxs kimi qayğı ilə əhatə olunmuşam. Vətənimizin Sizin kimi qayğıkeş, vətənpərvər oğlu olduğuna görə çox qürurluyam. Mən həqiqətən də fəxr edirəm ki, azərbaycanlıyam və Siz bizim Prezidentimizsiniz.

Allah Sizi qorusun!

Hörmətlə,

Muradova Nərmin

Azərbaycan Respublikası, Şamaxı rayonu.