14 dekabr 2022, 16:00

Təran Şərifovadan, Cəlilabad, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Siz cəlilabadlıları həmişə sevindirirsiniz. Rayonumuzla bağlı imzaladığınız sərəncamlar, verdiyiniz tapşırıqlar da bu qəbildəndir. Bütün bunların sayəsində doğma Cəlilabadımız gündən-günə gözəlləşir, abadlaşır. Kənd yolları çəkilir, insanların gediş-gəlişi rahatlaşır.

“Cəlilabad rayonunun Abazallı-Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Məmnnədrzalı-Məşədilər-Dostallı-Şötüklü-Boyxanlı-Məlikqasımlı və Şiləvəngə-Adnalı-Bədirli avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında” 2022-ci il 30 noyabr tarixli Sərəncamınız bizi növbəti dəfə sevindirdi. Neçə-neçə kəndi əhatə edən bu yol ümumilikdə rayonumuz üçün mühüm əhəmiyyətə malikdir.

Cənab Prezident, gələcək işlərinizdə Sizə uğurlar arzulayıram.

Allah Sizi qorusun.

Hörmətlə,

Təran Şərifova

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Bəcirəvan kəndi.