Raya Məmmədxanlıdan, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin diqqət və qayğınız sayəsində Sumqayıtda geniş quruculuq və abadlıq işləri aparılır.
1992-ci il noyabrın 21-də əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycanın siyasi sisteminin əsasını təşkil edən Yeni Azərbaycan Partiyası yaradıldı. YAP yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Ulu öndər Heydər Əliyevin yaratdığı partiya onun öz sözlərində dediyi kimi, “Dünənin, bu günün və gələcəyin partiyasıdır”. Bütün partiya gəncləri Sizi, Sizin siyasətinizi dəstəkləyir. Biz savadlı, təhsilli millətə çevrilmişik.
Cənab Prezident, Sizin sayənizdə elmdə və siyasətdə böyük uğurlara imza atmışıq. Azərbaycan gəncliyi hər zaman seçilib, seçilir və seçiləcək. Yeni Azərbaycan Partiyası dayanaqlı inkişafın və siyasi sabitliyin təminatçısıdır.
Bizə göstərilən etimad və yaradılan imkanlar üçün Sizə həm öz adımdan, həm də gənclər adından təşəkkür edirəm. Sizi əmin edirəm ki, ümummilli lider Heydər Əliyevin qurduğu YAP-ın inkişafı naminə bundan sonra da bacardığımı edəcək, Sizin siyasi kursunuzu daim dəstəkləyəcəyəm.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətimizin inkişafı naminə şərəfli və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.
Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
Məmmədxanlı Raya Aydın qızı
YAP Sumqayıt şəhər təşkilatının Sumqayıt şəhəri 9 nömrəli tam orta məktəb ərazi partiya təşkilatının sədri
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.